Harada tıxac var?


Bu gün səhər saatlarından etibarən paytaxtın küçə və prospektlərində tıxac müşahidə olunur.

Heydər Əliyev prospekti, Bakı-Sumqayıt şosesi, Badamdar küçəsi, Xətai küçəsi, Babək prospekti, Bül-Bül prospekti, Salatın Əsgərova küçəsi, Azadlıq prospektinin bəzi hissələrində tıxac var.

Akademik Ziya Bunyadov prospekti, Qara Qarayev prospekti, Bakıxanov küçəsi, Moskva prospekti, Səməd Vurğun küçəsində nəqliyyat vasitələri sıx hərəkət edir.

AzNews.az