- Köhnə - Hadisə
- 26 Dekabr 2013 14:15
- 1 299
Gəncə Dövlət Universitetinin rektoru işdən çıxarıldı

Təhsil Nazirliyindən verilən məlumata görə, Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə Gəncə Dövlət Universitetinin rektoru Y.Əliyev tutduğu vəzifədən azad olunub.
Müvafiq qaydalara uyğun olaraq, universitetin rektoru vəzifəsinin icrası müvəqqəti olaraq GDU-nun tədris işləri üzrə prorektoru Yusif Yusibova həvalə edilib.
Y.Əliyev elmi-pedaqoji fəaliyyətini GDU-da davam etdirir.
AzNews.az