- Köhnə - Hadisə
- 27 Dekabr 2013 09:54
- 2 371
Təbii qazın verilişində fasilələr olacaq
"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, təmir işləri ilə əlaqədar 27 dekabr 2013-cü il tarixində saat 09:00-dan 17:00-dək Gəncə şəhərinin bir hissəsinə, saat 09:00-dan 18:00-dək Zaqatala şəhəri daxil olmaqla rayonun bir hissəsinə, saat 09:30-dan 18:00-dək İsmayıllı rayonunun bir hissəsinə, saat 10:00-dan Qaradağ rayonunun bir hissəsinə, saat 10:00-dan 14:00-dək Xətai rayonunun bir hissəsinə təbii qaz verilişində fasilələr olacaq.
Eləcə də bu gün saat 10:00-dan 16:00-dək Abşeron və Goranboy rayonlarının bir hissəsinə, saat 10:00-dan 17:00-dək Şəki rayonuna və Ucar rayonunun bir hissəsinə, saat 10:00-dan 18:00-dək Quba rayonuna, Şamaxı, Qazax və Ağstafa rayonlarının bir hissəsinə, saat 11:00-dan Yevlax rayonunun bir hissəsinə, saat 12:00-dan 16:00-dək isə Füzuli rayonunun bir hissəsinə təbii qaz verilişində fasilələr yaranacaq.
AzNews.az