Prokurorluq “Möhtəşəm yüzil”lə bağlı iddialara cavab verdi - Özəl

Türkiyədə yaşayan soydaşımız, Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin Ankara təmsilçisi Məhbub Əmrahinin "Möhtəşəm yüzil" serialında Səfəvilərin fars kimi təqdim edilməsi ilə bağlı şikayətinə cavab verilib.

M.Əmrahinin AzNews.az-a verdiyi məlumata görə, Respublika Prokurorluğu serialın reytinq qazanmaq üçün çəkildiyini və sənədli film olmadığını əsas gətirərək şikayətə baxılmaması barədə qərar verib: "Hələlik qərar rəsmi qəzetlərdə dərc olunub,ancaq hələ mənə məktubla bildirilməyib.Qərarı aldıqdan sonra 15 gün ərzində şikayət etmək hüququm var. Bundan başqa açıq məktub yazıb fikirlərimi bildirəcəyəm".

Elnarə
AzNews.az