- Köhnə - Hadisə
- 6 Yanvar 2014 10:39
- 1 787
Bayram günlərində 2 nəfər dəm qazından zəhərlənib, öldü
![](https://www.aznews.az/storage/photos/dem-qazi-23-3.jpg)
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) Operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidovanın sözlərinə görə, bayram günlərində Bakıda dəm qazından zəhərlənmə nəticəsində ilk ölüm hadisəsi yanvarın 1-də qeydə alınıb.
Həmin hadisə Bakının Sabuncu rayonunda baş verib. Bu hadisə nəticəsində 50 yaşlı kişi hamamda dünyasını dəyişib. Yanvarın 3-də Bakının Xətai rayonunda 23 yaşlı oğlan hamamda dəm qazından zəhərlənərək dünyasını dəyişib. Təcili yardım briqadaları hadisə yerinə catan zaman hər iki şəxs dünyasını dəyişmiş olub.
Z.Vahidova deyib ki, ümumilikdə 2013-cü ilin dekabrın 30-dan 2014-cü ilin yanvarın 6-dək dəm qazından zəhərlənmə ilə əlaqədar 88 nəfər təcili tibbi yardım xidmətlərinə müraciət edib.Onlardan 58-nin vəziyyəti nisbətən ağır olduğundan xəstəxanalara yerləşdirilib.
AzNews.az