Ötən il ölkə üzrə 5000-dən çox erkən nikah bağlanıb Ötən il ölkə üzrə 5000-dən çox erkən nikah bağlanıb

6 ayı ərzində 33 qadın, 29 uşaq intihar edib

Ötən il ölkə üzrə 5000-dən çox erkən nikah bağlanıb



Ötən il Azərbaycanda qadınlara qarşı zorakılıqla bağlı cinayətlərin sayı 4280 olub. Bu ilin 6 ayında isə bununla əlaqədar 820 fakt qeydə alınıb. APA-nın cənub bürosunun xəbərinə görə, xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədr müavini Aynur Sofiyeva deyib.

AQUPDK sədrinin müavini komitənin təşkilatçılığı ilə Lerikdə "Məişət zorakılığının ailədaxili münasibətlərə təsiri" və "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunun təbliği ilə bağlı keçirilən regional seminarda çıxışında ölkədə məişət zorakılığına dair faktlara hələ də rast gəlindiyini narahatlıqla diqqətə çatdırıb.

A.Sofiyeva deyib ki, ötən il Azərbaycanda erkən nikahların sayı 5000-dən çox olub.

Məişət zorakılığını çox vaxt ailə-məişət münaqişəsi kimi qiymətləndirildiyini bildirən A. Sofiyeva nəticə etibarı ilə bunun bəzi hallarda qadınlar və uşaqlar arasında intihar hadisələrinin baş verməsinə səbəb olduğunu, ötən il qadınlar tərəfindən 87, uşaqlar tərəfindən isə 28 intihar hadisəsinin qeydə alındığını qeyd edib. Onun sözlərinə görə, bu ilin 6 ayında isə intihar faktı qadınlar arasında 33, uşaqlar arasında 29-a çatıb.


AzNews.az