Mustafa Küçük: "Türkiyədə insanlar, eləcə də qurumlar mediadan açıqlama istəyə bilməz" Mustafa Küçük: "Türkiyədə insanlar, eləcə də qurumlar mediadan açıqlama istəyə bilməz"

“Hürriyet” qəzeti Mikayıl Cabbarovun təkzibini dərc etmədi

Mustafa Küçük: "Türkiyədə insanlar, eləcə də qurumlar mediadan açıqlama istəyə bilməz"



Fatih Çəkirgənin Mikayıl Cabbarov haqqında yazdığı 2 yazı gündəmdən düşmür. Türkiyənin "Hürriyet" qəzetinin köşə yazarı Fatih Çəkirgənin Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov haqqında yazdığı 2 yazı gündəmdən düşmür.

F.Çəkirgə 12-13 avqust tarixli köşə yazılarında iddia edib ki, İstanbul-Barselona təyyarə reysinin biznes-klasında uçan Mikayıl Cabbarov stüardessaya onun qanunsuz tələbini yerinə yetirmək üçün təzyiq göstərib, hətta onu işdən çıxartdıracağı ilə hədələyib. Mikayıl Cabbarov isə haqqında deyilənlərlə bağlı açıqlama yayıb. Bildirib ki, Çəkirgənin yazdığı hadisənin iştirakçısı yox, şahididir.

AzNews.az-ın modern.az-a istinadən verdiyi məlumata görə, Cabbarov "Hürriyet" qəzetindən təkzib tələb edib. "Hürriyet" qəzetinin redaktor müavini Mustafa Küçük bu olayla bağlı açıqlama verib. Həmin açıqlamanı oxucularımıza təqdim edirik."Türkiyədə insanlar, eləcə də qurumlar mediadan açıqlama istəyə bilməz. Əksinə, yayımlanan xəbərlərə etirazı olan, ya da həmin xəbərin yalan olduğunu fikirləşənlər özlərinin haqlı olduğunu sübut etmək üçün açıqlamanı qəzetə göndərir. Qəzet, xəbər saytı və ya televiziya bunu uyğun görərsə, yayımlayar.

Bundan başqa, ikinci üsul odur ki, haqsızlığa məruz qaldığını fikirləşən və ya şəxsiyyət hüquqlarına qarşı cinayət işləndiyini düşünən şəxs və ya qurumlar onlar haqqında yazı yazan şəxs və media barəsində məhkəməyə müraciət edə bilərlər. Məhkəmədə maddi və ya mənəvi təzminat iddiası qaldıra bilər, təkzib yayımlanmasını istəyər. Məhkəmə necə qərar verərsə, media qurumları və jurnalistlər buna tabe olarlar".

AzNews.az