Kamran Əliyev: “Bütün magistral yollar açıqdır“

İstirahət güqnlərində Azərbaycanda baş vermiş yol-nəqliyyat hadisəsilərinin statistikası açıqlanıb.


Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsi İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyevin AzNews.az-a verdiyi məlumata görə, fevralın 1-dən- 3-dək Azərbaycanda hökm sürən qeyri-sabit hava şəraiti zamanı 9 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 13 nəfər xəsarət alıb və hadisələr zamanı ölən olmayıb.

Kamran Əliyev həmçinin bildirib ki, Azərbaycanda bütün magistral avtomobil yolları açıqdır və nəqliyyatın hərəkətində heç bir məhdudiyyət yoxdur.

Teymur
AzNews.az