- Köhnə - Hadisə
- 3 Fevral 2014 16:05
- 2 927
Təhsil Nazirliyinin nəzdində yeni idarə yaradıldı
Nazirlər Kabinetindən verilən məlumata görə, Təhsil Nazirliyinin təsərrüfathesablı Əsaslı Tikinti İdarəsinin bazasında Əsaslı Tikinti və Təchizat İdarəsi yaradılıb.
NK-nın 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişiklik edilib. Həmin siyahıda "Təsərrüfathesablı təşkilatlar" bölməsinin 1-ci hissəsində "Əsaslı Tikinti İdarəsi" sözləri "Əsaslı Tikinti və Təchizat İdarəsi" sözləri ilə əvəz edilib.
AzNews.az