“Əvəz Zeynallının vəziyyəti pisdir” – Həyat yoldaşı

"Əvəz Zeynallının səhhətində ciddi problem yaranıb. Vəziyyəti yaxşı deyil. Beyninə oksigen normal şəkildə getmir".


Bunu AzNews.az-a "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynalının həyat yoldaşı Məlahət Zeynalova dedi. Onun sözlərinə görə, baş redaktor burnundan iki dəfə əməliyyat olunub, amma həmin problem davam edir:

"O, iki dəfə əməliyyat olunub. Hazırda nəfəs almağında çətinlik yaranıb. Çalışırıq yaxşı bir həkim aparaq onu müalicə etsin. Orada əməliyyat qeyri-mümkündür. Sadəcə yaxşı müalicə olunmalıdır, elə bir həkim isə hələlik tapa bilmirik". "Məsələ ilə bağlı hər hansı bir quruma müraciət etmək fikriniz varmı" sualına M.Zeynalova belə cavab verib: "Bu haqda düşünürük. Amma gərək bu məsələdə Əvəz bəzin özü ilə danışaq. Ondan icazəsiz və məsləhətləşmədən heç nə deyə bilmərik".

Xatırladaq ki, Ə.Zeynallı 2011-ci ilin oktyabr ayında Milli Məclisin sabiq deputatı Gülər Əhmədovanın şikayəti ilə həbs edilib. Barəsində CM-nin 313.3.3 313.3.4-cü maddələri ilə cinayət işi açılıb. 2012-ci il martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Zeynallının 1 il müddətinə peşə fəaliyyətilə məşğul olmaq hüququ məhdudlaşdırılıb və 9 il müddətinə azadlıqdan məhrum edilib.

Bahar Rüstəmli
AzNews.az