Hərbi hissənin yataqxanasında güclü partlayış: 4 yaralı

Bu gün saat 14:00 radələrində Gəncənin Məhsəti qəsəbəsində N saylı hərbi hissəsinin yataqxanasında güclü partlayış baş verib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Ağdamdan olan məcburi köçkün Habil Baxşəliyevin məskunlaşdığı mənzildə qaz sızması nəticəsində baş verən partlayışdan sonra yanğın olub. Hadisə zamanı 4 nəfər ağır xəsarət alıb.

Hadisə nəticəsində yaralanan 26 yaşlı Könül Həsənova, 70 yaşlı Leyla Həsənova, Habil Baxşəliyev və 2 yaşlı uşaq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Hazırda faktla bağlı araşdırmalara başalnıb.



AzNews.az