İnterpol Azərbaycanın müraciəti ilə axtarışa başladı

Azərbaycan informasiya texnologiyaları cinayətlərində şübhəli bilinən Türkiyə vətəndaşını beynəlxalq axtarışa verib



Azərbaycan hüquq-mühafizə orqanları informasiya texnologiyaları cinayətlərində şübhəli bilinən Türkiyə vətəndaşını beynəlxalq axtarışa verib. APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumata görə, Türkiyə vətəndaşı, 42 yaşlı Jak Matalon informasiya texnologiyaları cinayətləri və dələduzluqda təqsirli bilinir. Azərbaycan hüquq-mühafizə orqanları onun tutulması üçün İnterpola müraciət edib. Hazırda onun tutulması üçün tədbirlər görülür.


APA-nın əldə etdiyi məlumata görə, Jak Matalon Türkiyədə, habelə dünyada informasiya texnologiyaları sahəsində güclü mütəxəssislərdən sayılır. O, "Arustel" şirkətinin baş direktoru vəzifəsində çalışır.


AzNews.az