- Köhnə - Hadisə
- 4 Fevral 2014 09:34
- 1 926
Şəmkirdə yaşayış evində partlayış

AzNews.az Kəpəz TV-yə istinadən xəbər verir ki, hadisə evin həyətindəki vanna otağında qeydə alınıb.
Qazı yandırmaq istəyən mənzil sahibi bədbəxt hadisə ilə üzləşib. Nəticədə ev sahibi xəsarət alaraq Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlər onun səhhətinin ağır olduğunu bildirirlər.
Hadisə ilə bağlı araşdırma aparılır.
AzNews.az