- Köhnə - Hadisə
- 5 Fevral 2014 11:59
- 3 242
Bakıda idarədə bədbəxt hadisə: maşinist öldü

AzNews.az Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, fevralın 4-də gecə saat 4 radələrində Qaradağ rayonu Səngəçal qəsəbəsində yerləşən Nəriman Nərimanov adına Neft Qaz Çıxarma İdarəsində (NQÇİ), orada maşinist işləyən Bakı şəhər sakini Həbib Hüseynov su anbarına yıxılıb. Nəticədə H.Hüseynov suda boğulub.
H.Hüseynovun meyiti sudan çıxarılıb.
Hazırda faktla əlaqədar araşdırma aparılır.
AzNews.az