Ər-arvad qəzada öldü- Ağstafada

Ağstafada 2 nəfərin ölümülə nəticələnən yol qəzası baş verib.


Anspress-in verdiyi məlumata görə, Ağstafa rayon mərkəzində 36 yaşlı Kamil Əliyev idarə etdiyi "VAZ 2106" markalı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən yolun kənarında dayanmış yük avtomobilinə çırpılıb.

Qəzada Kamil Əliyev və onun həyat yoldaşı Mənzərə Əliyeva hadisə yerində ölüblər. Hadisənin sürət həddinin aşması nəticəsində baş verdiyi ehtiam edilir.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


AzNews.az