- Köhnə - Hadisə
- 15 Fevral 2014 09:15
- 5 516
Bakıda növbəti qaz partlayışı: 59 yaşlı kişi ölüm ayağında
AzNews.az xəbər verir ki, Xətai rayonu, Əhmədli qəsəbəsi 3-də qaz sızması nəticəsində baş verən yanğın zamanı bir nəfər ağır xəsarət alıb. Məlumata görə, 59 yaşlı Ağayev Gözəl Ağa oğlu 3-cü dərəcəli yanıq xəsarəti ilə 5 nömrəli xəstəxanaya çatdırılıb.
Bakı şəhəri Təcili Tibbi Yardım Stansiyasından AzNews.az-a verilən məlumata görə, sözü gedən şəxsin xəstəxanaya çatdırılması üçün bu gün səhər 07:37-radələrində Stansiyaya müraciət olunub. Həkimlər tərəfindən xəstənin vəziyyəti ağır kimi dəyərləndirilir.
Amid
AzNews.az