Əhalinin istirahəti üçün hər cür şərait yaradılacaq Əhalinin istirahəti üçün hər cür şərait yaradılacaq

Paytaxtda daha bir möhtəşəm park tikilir- FOTO

Əhalinin istirahəti üçün hər cür şərait yaradılacaq




Nərimanov rayonu ərazisindəki K.Rəhimov küçəsində nəhəng avtomobil dayanacağının tikintisi başa çatmaq üzrədir.

Bu barədə Nərimanov Rayon İcra Hakimiyyətindən məlumat veriblər.

AzNews.az day.az-a istinadın xəbər verir ki, yeraltı dayanacaq iki mərtəbədən ibarət olacaq və 800 maşın üçün nəzərdə tutulub. Burada müasir havalandırma və yanğın siqnalizasiyası sistemi qurulacaq. Dayanacağın üstündə isə park salınacaq. Parkın ərazisi K.Rəhimov küçəsində, F.Xoyski küçəsindən başlayaraq, H.Əliyev küçəsinə qədər davam edəcək.

Bu, ötən il istifadəyə verilmiş parkın davamı olacaq. Parkda müasir işıqlandırma sistemləri quraşdırılacaq, dekorativ kol və ağaclar əkiləcək. Əhalinin istirahəti üçün hər cür şərait yaradılacaq.

Park və dayanacaq bu il istifadəyə veriləcək.

AzNews.az
image description image description