Avtomobil oğrusu qadın həbs edildi

Avtomobil qaçırmış Culfa rayon sakini saxlanılıb.

AzNews.az Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, fevralın 18-də gecə saat 01 radələrində Binəqədi rayonu Biləcəri qəsəbəsinin ərazisindən Bakı şəhər sakini Fuad Musayevə məxsus "Volkswagen" markalı avtomobil qaçırılıb.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmış Culfa rayon sakini Nəzakət Həsənova Yasamal rayonunun ərazisində 26-cı Polis Bölmməsinin əməkdaşları tərəfindən tutulub.

AzNews.az