- Köhnə - Hadisə
- 21 Fevral 2014 13:42
- 5 077
Akademiyada bədbəxt hadisə: laborant öldü

Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akademiyasında faciəli hadisə baş verib.
Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 13:30 radələrində qeydə alınıb.
Akademiyada laborant işləyən, 1970-ci il təvəllüdlü Fuad Kamil oğlu Rzayev ehtiyatsızlıqdan binanın dördüncü mərtəbəsindən yıxılaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az