- Köhnə - Hadisə
- 3 Mart 2014 09:19
- 5 043
“VAZ“ hasara çırpıldı, ölən və yaralanan var

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, martın 3-ü saat 03:40 radələrində Nardaran qəsəbəsi ərazisində Bilgəh qəsəbə sakini, 1993-cü il təvəllüdlü Ramin Əliyev idarə etdiyi "VAZ-2106" markalı avtomobili yol kənarındakı hasara vurub. Nəticədə R.Əliyev özü hadisə yerində ölüb, sərnişini 1985-ci il təvəllüdlü Elvin Cəfərov isə xəsarətlə xəstəxanaya daxil olub.
Faktla əlaqədar araşdırma aparılır.
AzNews.az