Dəm qazından zəhərlənən institut direktoru Bakıya gətirildi - YENİLƏNİB

Qubada dəm qazından zəhərlənən Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru Əlişir Musayev Bakıya gətirilib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Əlişir Musayev Kliniki Tibbi Klinikasının toksiologiya şöbəsinə yerləşdirilib.

Şöbədə ona tibbi yardmlar edilir. Əlişir Musayevin vəziyyətinin ağır stabil olduğu bildirilir.

17:08
Bu gün günorta saatlarında Quba rayonunun Amsar kəndində dəm qazından zəhərlənmə faktı qeydə alınıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, bağ evində yaşayan 1949-cu il təvəllüdlü Bakı şəhər sakini Əlişir Musayev hamam otağında dəm qazından zəhərlənib. O, Quba Mərkəzi Rayon Xəstəxanasına gətirilib. 65 yaşlı kişi reanimasiya şöbəsinə yerləşdirilib.

Tibb müəssisəsindən verilən məlumata görə, xəstənin vəziyyəti ağır stabildir. Xəstənin Bakıya göndəriləcəyi bildirilib.

Hazırda fakt araşdırılır.

Qeyd edək ki, tibb elmləri doktoru, professor Ə.Musayev Azərbaycan Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunun direktorudur.

AzNews.az