Tıxacın yaranmasına səbəb avtoqəzanın baş verməsidir Tıxacın yaranmasına səbəb avtoqəzanın baş verməsidir

Bakı və Xırdalan yolları iflic olub

Tıxacın yaranmasına səbəb avtoqəzanın baş verməsidir




Bu gün səhər Bakı və Xırdalan, o cümlədən paytaxtda yaxın qəsəbələrin yollarında böyük tıxac müşahidə olunub.

Abşeron rayon Polis Şöbəsinin növbətçi hissəsindən AzNews.az-a verilən məlumata görə, tıxacın yaranmasına səbəb Bakı Beynəlxalq Avtovağzalının qarşısında yol-nəqliyyat hadisəsinin baş verməsidir.

Hazırda polis əməkdaşları qəzaya uğrayan avtomobillərin yoldan kənarlaşdırılması və tıxacın aradan qaldırılması istiqamətində işlər aparırlar. Hələlik qəzanın baş vermə səbəbi məlum deyil.

Qəza həmçinin Bakı-Sumqayıt yolunda və Xırdalan şəhərinin mərkəzi küçəsi olan Heydər Əliyev prospektində də böyük tıxacın yaranmasına səbəb olub.

Vətəndaşların bildirdiyinə görə, səhər saat 08.00 radələrindən həm Xırdalan, həm də paytaxtın Sumqayıt istiqamətindən giriş yolunda avtomobillərin hərəkətində problem yaranıb.

Amid
AzNews.az