- Köhnə - Hadisə
- 12 Mart 2014 10:59
- 2 654
Kəmaləddin Heydərovun müavinindən yanğınla bağlı – AÇIQLAMA
.jpg)
"Sahil" Ticarət Mərkəzində başlayan yanğın söndürülüb. AzNews.az-ın məlumatına görə, hadisə yerinə gələn fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev jurnalistlərə açıqlamasında bildirib ki, bu gün saat 09.48-də Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinə hadisə ilə bağlı məlumat daxil olub və dərhal hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb edilib:
"Yanğın ticarət mərkəzinin 3-cü mərtəbəsində başlayıb və 1500 kv-metri əhatə edib. Yanğının qarşısı 1 saat 30 dəqiqə ərzində alınıb. Xəsarət alan yoxdur".
Nazir müavini yanğının baş verməsinin ilkin səbəblərinin araşdırıldığını da deyib: "Yanğının baş verməsi təhqiqatdan sonra bilinəcək".
İlqar
AzNews.az