- Köhnə - Hadisə
- 12 Mart 2014 11:31
- 1 763
Hava Limanında oğurluq edən şəxs tutuldu

AzNews.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Beynəlxalq Hava Limanında Bakı şəhər sakini Fərid Əmrahova məxsus içərisində 3500 dollar pul və sənədlər olan çanta oğurlanıb.
Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğun Beynəlxalq Hava Limanında Avtovağzal üzrə növbətçi işləyən Nigar Həsənova tərəfindən törədilməsi müəyyən edilib.
AzNews.az