- Köhnə - Hadisə
- 18 Mart 2014 08:22
- 4 583
ATƏT cəbhə xəttində vəziyyəti araşdıracaq

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, martın 19-da Ağdam rayonunun Mirəşelli kəndi yaxınlığında yerləşən qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Piter Svedberq keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və səhra köməkçisi Jiri Aberle keçirəcəklər.
AzNews.az