- Köhnə - Hadisə
- 19 Mart 2014 21:45
- 2 133
Helikopter avtomobilə çırpıldı - 2 ölü

Qəzaya uğrayan helikopter ABŞ-ın xəbər telekanalı olan "ABC News"-un yerli bölməsi olan "KOMO" telekanalına məxsus olub və xəbər proqramları üçün istifadə olunub. Qəzanın baş verməsi nəticəsində ölənlərin şəxsiyyətləri dəqiqləşdirilir. Helikopter şəhərin mərkəzində avtomobilə çırpılıb. Hadisə yerində yanğın başlayıb, bir neçə maşın yanıb. Avtomobillərdə olan şəxslərdən biri zərər çəkib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Digər zərərçəkənlər barədə məlumat verilmir ("Teleqraf.com").