- Köhnə - Hadisə
- 24 Mart 2014 10:07
- 2 433
14 yaşlı məktəbli özünü öldürdü

APA TV-nin xəbərinə görə, 286 nömrəli məktəbin 6-cı sinif şagirdi İlham Cəfərov özünü qonşuluqda yeni tikilməkdə olan binada boş mənzillərin birində asaraq intihar edib. Hadisə ilə bağlı əraziyə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunublar. Meyit ekspertiza üçün 1 saylı Şəhər Klinik Xəstəxanasının Tibbi Ekspertiza və Patoloji Anatomiya Şöbəsinə gətirilib. Ekspertizadan sonra İlham Cəfərovun meyiti ailəsinə təhvil verilib.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsi Tərəfindən Cinayət işi açılıb, araşdırma aparılır.
AzNews.az