- Köhnə - Hadisə
- 26 Mart 2014 08:54
- 4 543
Ucarda avtoqəza: ölən var

AzNews.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, dərhal FHN-in müvafiq xilaetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, qəza nəticəsində "Mercedes" markalı minik avtomobilində sərnişin 1961-ci il təvəllüdlü Həqiqət Şükür qızı Cabbarovanın cəsədi sıxılmış vəziyyətdə qalıb.
Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət olunmaqla xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildən H.Cabbarovanın cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
AzNews.az