- Köhnə - Hadisə
- 27 Mart 2014 12:43
- 3 271
Şabranda iki yük avtomobili toqquşdu

AzNews.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, FHN-nin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Şabran şəhəri Bakı-Quba avtomobil yolunun 121-ci kilometrliyində "Shacman" markalı yük avtomobilinin "Volvo" markalı yük avtomobili ilə toqquşması nəticəsində yol nəqliyyat qəzası baş verib.
Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, deformasiya uğramış "Volvo" markalı yük avtomobilinin sürücüsü sıxılmış vəziyyətdə aşkarlanıb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə 1 nəfər yaralını avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 10:30-da başa çatıb.
AzNews.az