İcra hakimiyyətinin şöbə müdiri intihar etdi

Nizami rayonunda intihar hadisəsi baş verib.

27 mart tarixində Qafqaz küçəsində üç uşaq atası, 1969-cu il təvəllüdlü, əslən Naxçıvandan olan Zeynalov Aslan Valeh oğlu öz evinin zirzəmisində intihar edib.

Vesti.az xəbər verir ki, Nizami rayon polis bölməsindən bildirilənə görə, Zeynalovun cəsədini gecə saatlarında kabinet kimi istifadə etdiyi zirzəmidə tapıblar.

Məlumata görə Zeynalov Nizami rayon İcra hakimiyyətində küçə-yol şəbəkəsinin təmizlənməsi şöbəsinin müdiri olub.

İntiharın səbəbi müəyyən edilməyib.

Fakt üzrə AR CM 125-ci maddəsinə (intihara sövq) əsasən cinayət işi açılıb.(oxu.az)