- Köhnə - Hadisə
- 29 Mart 2014 11:41
- 2 637
Məhkumdan narkotik vasitə tapıldı
Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2; 234.4.3 və 66.3-cü maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmiş Bəhlul Sabir oğlu Əliyevin üzərinə və əşyalarına baxış keçirilib.
Baxış zamanı məhkumun alt paltarının içərisində gizlədilmiş dərman şüşəsinin daxilində bir ədəd sellofana bükülmüş xalis çəkisi 0,180 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.
AzNews.az