Həbsxana kanvoyunda N!DA-çılara bibər qazı sıxıldı

"İndicə Kürdəxanıdan zəng vurub, xəbər elədilər. Bu gün NİDA-çılar məhkəmədən Kürdəxanıya aparılarkən, maşındakı isti və havasızlıqdan Zaur Qurbanlının asmatik tutması olub, havası çatmayıb. Məhbuslar qapını döyüb, etap olunduqları maşının pəncərəsinin, qapısının açılmasını tələb ediblər ki, içəri bir az hava gəlsin. Nəzarətçilər məhəl qoymayıblar, uşaqlar qapını döyəcləməkdə davam ediblər. Nəzarətçilər maşının içinə bibər qazı sıxıblar".

Bu sensasion məlumatı jurnalist Xədicə İsmayıl özünün "Facebook" səhifəsində yazıb.

O daha sonra qeyd edib ki, bunun nəticəsində Z.Qurbanlının vəziyyəti daha da ağırlaşıb. İlkin Rüstəmzadənin isə gözləri zədələnib: "Vəkillərdən kim var, ora getsin, məlumat alsın?!"

AzNews.az