- Köhnə - Hadisə
- 9 Aprel 2014 09:08
- 1 697
“Sədərək“dən oğurluq edən şəxs saxlanıldı
![](https://www.aznews.az/storage/photos/771sdederdf.jpg)
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, martın 31-də "Sədərək" ticarət mərkəzində Lənkəran şəhər sakini Mehman Məmmədov diqqəti yayındırmaqla, Türkiyə vətəndaşı Yalıç Ərdala məxsus mağazanın kassasından 350 manat, fevralın 18-də Adil İbrahimova məxsus mağazadan 960 manat, fevralın 26-da Ramiz Tağıyevə məxsus mağazadan 4000 manat, martın 25-də Əbülfət Qasımova məxsus mağazadan 1300 manat, 400 ABŞ dolları, aprelin 7-də Mənsur Məmmədova məxsus mağazadan 300 manat, dekabrın 8-də Əbdül İsmayılova məxsus mağazadan 3500 manat oğurlamaqda şübhəli bilindiyinə görə Qaradağ RPİ 10-cu PB-nin əməkdaşları tərəfindən yaxalanıb.
AzNews.az