Bakı metrosunda yoxlama aparılır

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətində hazırda yoxlama aparılır.

Bu barədə Lent.az-a Metropolitendən məlumat verilib. Verilən məlumatda o da qeyd olunur ki, həyata keçirilən yoxlama daxili yoxlamadır. Yoxlamanın hansı məqsədlə həyata keçirildiyi açıqlanmayıb.

Qeyd edək ki, bu ilin fevralında Prezident İlham Əliyevin Bakı Metropoliteni və "Azərtunelmetrotikinti" Səhmdar Cəmiyyətinin yenidən təşkil edilməsi ilə yaradılmış dövlətə məxsus "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə Zaur Hüseynovu təyin edib.

AzNews.az