Bulvarda ağac "ovu"- FOTOLAR

Bu gün səhər saatlarında əməkdaşımız Dənizkənarı Milli Parkda ağacların kəsilməsinin şahidi olub. Kəsilən ağaclar yük maşınına yüklənərək ərazidən çıxarılıb. Məlum olub ki, iki ağac kökündən, bir neçə ağacın isə budaqları kəsilib. Əməkdaşımız həmin şəxslərdən bunun səbəbini soruşanda bildiriblər ki, bu, Dənizkənarı Bulvar İdarəsinin səlahiyyətlərinə daxil olan məsələdir.

İdarənin rəis müavini Nazim Məcidov isə AzNews.az saytına açıqlamasında bildirib ki, iki gün əvvəl bulvar ərazisində "Sevgilim" adlı kafe yanıb. Kafe yanarkən ətrafdakı bir neçə ağaca ziyan dəyib, budaqları yararsız hala düşüb: "Kəsilən də məhz həmin ağacların budaqlarıdır. Yəni orda hansısa ağacın kəsilməyindən söhbət getmir".

Fotolara diqqət yetirdikdə isə, ağacların kökündən kəsilməsinin, eləcə də bu əməliyyatın yanan kafedən xeyli aralıda aparıldığının şahidi oluruq.

İntiqam Valehoğlu
AzNews.az
image description image description image description image description image description image description image description image description