Azyaşlı qız nohurda boğuldu

Ağsu rayonunda azyaşlı qız nohura düşərək boğulub.

Daxili İşlər Nazirliyindən (DİN) AzNews.az-a verilən məlumata görə, aprelin 15-də Ağsu rayonu Yenilik kənd sakini, azyaşlı Xədicə Məmmədova yaşadığı evin həyətindəki su nohuruna düşərək boğulub.

Faktla əlaqədar araşdırma aparılır.

AzNews.az