Bu gün Bakıda aksiya keçirilir – Zəhmətkeşlərdən ciddi tələblər

Bu gün 1 May Beynəlxalq Zəhmətkeşlər Bayramı günü münasibəti ilə Paytaxtın Nizami rayon ərazisində yerləşən "Bakı Fəhləsi" abidəsinin qarşısında aksiya keçirilir. Bunu AzNews.az-a Azərbaycan Kominist Partiyasının (AKP) Mərkəzi komitəsinin Birinci katibi Telman Nurullayev bildirib. Onun sözlərinə görə, tədbirin sözügedən ünvanda keçirilməsi üçün Bakı şəhər İcra Hakimiyyətindən rəsmi icazədə alınıb. AKP rəsmisi deyib ki, Sovet dövründə hər zaman insanların istəyi ilə bu günü yüksək təntənə ilə qeyd edilib. T.Nurullayevin fikrincə, Zəhmətkeşlər Bayramı bütün dünyada qeyd edilməsinə baxmayaraq, təssüf edici haldır ki, Azərbaycanda bu günə əhəmiyyət verilmir: "Azərbaycan xalq Cəbhəsi dövründə bu günü ləğv etdi. Sonrakı Azərbaycanda hökuməti də buna əhəmiyyət vermədi. Əgər xalq olmasa mən bilmirəm hakimiyyət kimə rəhbərlik edəcək? Azərbaycanda zəhmətkeşlər, əməkçilər üçün bayram etmək lazımdır". T.Nurullayev bildirib ki, hazırda Azərbaycanda zəhmətkeşlərin vəziyyəti yaxşı deyil: "Azərbaycan belə iqtisadi vəziyyətinin yaxşı olduğu dövrdə zəhmətkeşlərin vəziyyəti istəyrdik ki daha yaxşı olsun. Bunun üçün müəyyən qərarların xüsusən də tibii sığortanın qəbuluna ehtiyac var". O deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev fevralın 17-dən may ayının 1-dək bütün ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi barədə tapşırıq verib: "Xeyli insan tibbi müyinədən keçib. Lakin əksər insanlar müayinəsi zamanı aşkar olunan xəstəliklərə qarşı müalicə imkanları yoxdur".

T.Nurullayev vurğulayıb ki, bu gün keçirilən aksiyada bütün bu məsələlər səsləndiriləcək və sonunda Azərbaycanın bütün vətəndaşları tibii sığorta olunması üçün Bəyanat qəbul ediləcək. Sözü gedən sənəd müvaffiq dövlət strukrlarına, Nazirlər Kabinetinə təqdim ediləcək. Qeyd edək ki, aksiya sözügedən yerdə saat 12:00-dan 13:00-dək davam edəcək.

Amid Əyyuboğlu
AzNews.az