- Köhnə - Hadisə
- 1 May 2014 18:07
- 5 119
Polkovnik-leytenant ağır qəzaya uğradı

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Sumqayıt şəhər ərazisində qeydə alınıb. Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin komandir əvəzi, polkovnik-leytenant Fuad Məmmədov idarə etdiyi "Nissan" markalı avtomobili yol kənarındakı maneəyə çırpıb. Nəticədə ağır yaralanan hərbçi hospitala yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.
AzNews.az