Ordumuzun hərbçisi dünyasını dəyişdi

Azərbaycan Ordusunun hərbçisi dünyasını dəyişib.

APA-nın məlumatına görə, hadisə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında qeydə alınıb.

Hospitalda müalicə alan, Müdafiə Nazirliyinin hərbi orkestr xidmətinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu, 1965-ci il təvəllüdlü Etibar Abdulkərim oğlu Əliyev xəstəlikdən dünyasını dəyişib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

AzNews.az