- Köhnə - Hadisə
- 20 May 2014 07:32
- 2 835
Bakı-Sumqayıt yolunda üç maşın toqquşdu- FOTO

APA-nın məlumatına görə, qəza yolun Xırdalan dairəsi istiqamətindəki hissəsində baş verib.
Yüksək sürətlə hərəkət edən "Mercedes" markalı avtomobil qarşıda hərəkətdə olan başqa bir "Mercedes"ə çırpılıb. İkinci "Mersedes"in sürücüsü zərbədən sonra idarəetməni itirib, nəticədə maşın əvvəlcə yol kənarındakı beton arakəsməyə, daha sonra isə "Hyundai-Azero" markalı avtomobilə dəyib.
Qəza nəticəsində "Mercedes"də olan iki nəfər xəsarət alıb. Yaralılar hadisə şahidləri tərəfindən xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az