- Qərb
- 13:22
- 2 316
İran rejimi özünün son günlərini yaşayır - Kansler
Almaniya Kansleri Fridrix Merts İran rejiminin özünün son günlərini yaşadığını deyib.
Aznews.az xəbər verir ki, o, bu barədə Hindistana səfəri zamanı bildirib.
“Əgər bir rejim hakimiyyətdə yalnız güc yolu ilə qala bilirsə, bu o deməkdir ki, artıq sona çatıb. Düşünürəm ki, biz bu rejimin son həftələrini, hətta son günlərini görürük. Hər bir halda, bu rejimin seçkilər yolu ilə xalq arasında legitimliyi yoxdur. Əhali ayağa qalxır”, – Merts vurğulayıb.
Qeyd edək ki, İranda baş verən kütləvi etirazlar fonunda ölkədə artıq bir neçə gündür internet bağlantısı kəsilib. İranın xarici işlər naziri Abbas Əraqçi isə vəziyyətin tam nəzarət altında olduğunu qeyd edib.
İnsan haqları təşkilatlarının məlumatına görə, etirazlar zamanı 500-dən çox insan həyatını itirib, 10 mindən artıq şəxs saxlanılıb.
Aznews.az