- Köhnə - Hadisə
- 18 İyul 2014 13:26
- 4 255
Mətbuat Şurası jurnalistlə bağlı nekroloq yaydı
Media ictimaiyyətimiz Sarvanı işgüzar, səmimi insan, qayğıkeş həmkar, istedadlı qələm sahibi kimi tanıyırdı. O, 18 sentyabr 1955-ci ildə Ağdamda dünyaya gəlmişdi. Qarabağı demək olar addım-addım tanıyırdı. Şair təbli, incə duyğulu söhbətlərindən tutmuş yaradıcılıq nümunələrinədək yaşantılarında özünü əyani biruzə verirdi. Bəlkə də bu duyğunun nəticəsi idi Azərbaycan Xarici Dillər Universitetini bitirən, bir müddət məhkəmə orqanlarında çalışan Sarvan jurnalistikaya gətirən.
S.Ağayev 24 il "Qarabağ" qəzetində çalışıb. Müxbirlikdən baş redaktorun müavinliyinə qədər şərəfli yaradıcılıq yolu keçib.
Ağdamın işğalınadək əsasən döyüş bölgələrindən müxtəlif janrlarda ictimai marağı çəkən yazılar təqdim edən jurnalist məcburi köçkün həyatında isə nikbin notlara söykənən məqalələri ilə qələbəyə, doğma yurda dönüləcəyinə inamı təlqin edib. "Qibləgahım Qarabağ" və sair kitablarında toplanan nümunələrdə bu nikbinlik ana xətt kimi keçir.
Məhz belə keyfiyyətləri nəzərə alınaraq o, 2005-ci ildə milli mətbuatımızın 130 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasn "Tərəqqi" medalına layiq görülmüşdü.
İki övlad atası Sarvanın dəfələrlə müxtəlif müsabiqələrin qalibi olması da jurnalist potensialının bələdçiləri idi. Hələ neçə-neçə məzmunlu, dolğun nümunələri ilə müasir mediamıza töhfələrini verəcəkdi. Lakin müdhiş qəza daha bir həmkarımızın ömrünə erkən son qoydu.
S.Ağayev özü ilə doğmalarının, həmkarlarının xoş xatirələrini, rəğbətini apardı.
Allah rəhmət eləsin, ruhu şad olsun!
AzNews.az