Sanatoriyada yanğın oldu - Bakıda

Abşeron rayonu ərazisində sanatoriyada yanğın hadisəsi baş verib.


Fövqəladə Hallar Nazirliyindən AzNews.az-a verilən məlumata görə, Abşeron rayonunda dördmərtəbəli sanatoriya binasının üçüncü mərtəbəsində ümumi sahəsi 30 kv.m olan otağın yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb.

Qonşu otaqlar yanğından mühafizə olunub.

Yanğın saat 10:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Amid
AzNews.az