Bakıda Gürcüstan vətəndaşının avtomobilini qaçıran şəxs tutulub. Bakıda Gürcüstan vətəndaşının avtomobilini qaçıran şəxs tutulub.

Bakıda Gürcüstan vətandaşının avtomobili qaçırıldı

Bakıda Gürcüstan vətəndaşının avtomobilini qaçıran şəxs tutulub.



AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, avqustun 18-də Gürcüstan vətəndaşı Divali Aleksandreyə məxsus "Ford" markalı avtomobil qaçırılıb.

Hadisə ilə bağlı gürcü vətəndaşı dərhal polisə məlumat verib. DİN-in Təhlükəsiz Şəhər Xidməti, Çevik Polis Alayı və Nərimanov rayon polis idarəsi 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili aparmış şəxs yaxalanıb. Məlum olub ki, Divali Aleksandreyənin avtomobilini aparan şəxs həmyerlisi, Gürcüstan vətəndaşı Aslan Əhmədovdur. Saxlanılan şəxs Binəqədi rayon polis şöbəsinə təhvil verilib.

Amid
AzNews.az