Qubada iki yol qəzası - 6 yaralı - FOTOLAR

Bu gün axşam saatlarında Quba rayonu ərazisində baş verən iki yol-nəqliyyat hadisəsi nəticəsində 6 nəfər xəsarət alıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Quba-Xınalıq yolunun 22-ci km-də, rayonun Küsnətqazma kəndi ərazisində qeydə alınan qəzada 4 nəfər xəsarət alıb. Qayadan qopan iri daş parçaları 53 yaşlı Quba rayon sakini, Səftər Bağırovun idarə etdiyi "Opel" markalı maşına çırpılıb. Xəsarət alan şəxslər Quba Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib. İlkin tibbi yardımdan sonra onlar ambulator müalicə üçün evə buraxılıb.

Quba-Xaçmaz yolunun 8-ci km-də, Quba rayon sakini 48 yaşlı Elxan Haşımovun idarə etdiyi "Naz-Lifan" markalı avtomaşının ağaca çırpılması nəticəsində iki nəfər xəsarət alıb. Xəsarət alan 2 nəfər sərnişin Quba MRX-ya yerləşdirilib. Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Hər iki faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırmalar aparılır.





AzNews.az