Rayonlarda yanğın

Bu gün bölgələrdə müxtəlif səbəblərdən bir neçə yanğın hadisəsi baş verib.

AzNews.az FHN-in saytına istinadən xəbər verir ki, Şəki rayonu, Kosalı kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi olan 70 kv.m olan tövlənin yanar konstruksiyaları, içərisnə yığılmış 5 ton ot bağlaması və yaxınlıqda yaşayan vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan talvar və altına yığılmış 11 ton ot bağlaması yanıb.

Yaxınlıqda yığılmış 30 ton ot və ev yanğından mühafizə olunub. Yanğın saat 16:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb;

Ağcabədi rayonu, Avşar kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 6 ton ot bağlamasının 3 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb;

Xaçmaz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 500 kv.m olan dəmir qapı sexinin dam örtüyünün yanar kanstruksiyaları 5 kv.m, taxta konstruksiyalrdan ibarət arakəsmə 5 kv.m sahədə və sexin içərisində olan kompressor aparatı yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 16:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az