Kürdəmirdə külli miqdarda narkotik bitki aşkarlanıb

Kürdəmir rayonunda külli miqdarda narkotik aşkarlanıb.



Rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, Yenikənd kənd sakini Həsrət Səmədzadə polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı evin həyətinə baxış keçirilən zaman oradan xüsusi qulluq edilməklə yetişdirilən 35 ədəd narkotik xassəli çətənə kolu aşkar edilib. Ümumi çəkisi 43 kiloqram və hündürlüyü 2.2 metr olan çətənə kolları kökündən çıxarılaraq məhv edilib. Polis əməkdaşları həyətyanı sahədəki yardımçı tikiliyə baxış keçirən zaman oradan çəkisi 705 qram olan qurudulmuş marixuana aşkar edərək götürüblər. Həsrət Səmədzadə narkotik vasitələrin istifadəçisi və satışı ilə məşğul olduğunu bildirib. On ay əvvəl həbsdən azad olunan Həsrət Səmədzadə yenidən tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Kürdəmir rayon Polis Şöbəsi tərəfindən cinayət işi, araşdırma aparılır.

AzNews.az