- Köhnə - Hadisə
- 16 Sentyabr 2014 08:00
- 2 826
Füzuli sakini evində yanaraq ölüb

Füzuli rayonunda vətəndaşa məxsus ümumi sahəsi 35 kv.m olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları yanıb.
AzNews.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə,yanğının kəşfiyyatı zamanı ev sahibi 1940-ci il təvəllüdlü Babayeva Şakürə Şəfayət meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 02:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
AzNews.az