- Köhnə - Hadisə
- 16 Sentyabr 2014 10:57
- 2 253
Bakıda zavod partladı - ölən və yaralananlar var
“Baku Steel Company”də partlayış olub.
Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə sentyabrın 15-də saat 18 radələrində qeydə alınıb. Nərimanov rayonu Z.Bunyadov prospektində yerləşən "Baku Steel Company" MMC-nin oksigen sexində qaz balonu sınaqdan keçirilərkən partlayış baş verib.
Nəticədə xəsarət alan sex rəisi, Sumqayıt şəhər sakini Rasim Hüseynov xəstəxanaya aparılarkən yolda ölüb, oranın işçiləri - Bakı şəhər sakinləri Sahil Bayramov və Zəfər Ağayev xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az