Qaradağda Xəzər dənizində boğulan şəxsin meyiti tapılıb

Qaradağ rayonunda Xəzər dənizində boğulan şəxsin meyiti tapılıb.



Qaradağ rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, Qulamov Qalib İsabala oğlu Qaradağ rayonu Ələt qəsəbəsində dənizində çimərkən boğulub.
Hadisə sentyabrın 15-dən 16-na keçən gecə saat 3-4 radələrində baş verib.
Q.Qulamovun meyiti sudan çıxarılıb.

Faktla bağlı Qaradağ rayon Prokurorluğunda araşdırma aparılır.


AzNews.az